GÖZÜM ÜSTƏ
GÖZÜMÇIXDIYA SALMAQ
OBASTAN VİKİ
Əl üstə kimin əli (oyun)
Əl üstə kimin əli Azərbaycan uşaq oyunu. 6-14 5-8 nəfər. Uşaqlardan biri qarşıya çıxır və başını (bədənini) aşağı əyir. Digər uşaqlardan biri əllərini qarşıda əyilmiş uşağın kürəklərinə qoyur. Başqa uşaqlar isə bir səslə ondan soruşur: - əl üstə kimin əli? Əgər əyilən uşaq əlin kimin əli olduğunu düzgün tapmazsa o biri uşaqlar əllərini həmin uşağın kürəyinə vurur və hündürdən ahəngdar bir səslə deyirlər: «Götürün vurun yalandır». Sonra isə digər uşaqlardan biri əllərini əyilən uşağın kürəyinə qoyur. Oyun əlin kimin əli olduğu tapılan müddətə qədər davam edir. Elə ki, əlin kimin əli olduğu tapıldı, əli tapılan uşaq əyiləni əvəz edir.
Bəylərin yeri yaşayış yeri
Bəylərin yеri yаşаyış yеri — Tumаslı kəndinin cənubundа yеrləşir. Yаşаyış yеrinin ərаzisi düzənlikdir. Düzənliyin mərkəzi hissəsində uzunsоv, çох dа hündür оlmаyаn təpə vаrdır. Təpənin üzərində "Sеyid qəbri" аdlаndırılаn tək bir məzаr vаr. Həmin məzаr kənd sаkinləri tərəfindən tеz-tеz ziyаrət еdilir. Tədqiqаt zаmаnı yаşаyış yеrinin bəzi qismlərində kül yığınlаrı və bаd qırıqlаrınа rаstlаnmışdır. Аbidədən tоplаnаn kеrаmikа məmulаtı çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz qаb pаrçаlаrındаn ibаrətdir. Şirli qаb pаrçаlаrınа çох аz rаstlаnır. Kеrаmikа məmulаtı inkişаf еtmiş və Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən yаşаyış yеrini XVI–XIX əsrlərə аid еtmək оlаr.
Dağar yeri
Dağar yeri- Ağcabədi rayonu ərazisində, Qaradolaq kəndi yaxınlığında oroqrafik obyektlərdən biri. Dağar sözü əski türklərdə "çəki", "ölçü" anlamı daşımışdır. Əvvəllər tərəkəmələr böyük ölçülü qaba dağar, kiçik ölçülü qaba isə dağarcıq deyərdilər.Orta çağda türk qurumlarında ordunu ərzaqla təmin etmək üçün rəiyyətdən yığılan natural vergi növünə dağar deyilmişdir.
Həbs yeri
Həbs yeri — tutulmuş və ya həbs edilmiş şəxsin saxlanılması üçün nəzərdə tutulmuş müvəqqəti saxlama yerləri, istintaq təcridxanaları və ya qarnizon hauptvaxtları. Böyük Britaniyada həbs yerləri əsasən polis məntəqələrində təşkil olunur. Əvvəllər bütün polis məntəqələrində cinayətkarların saxlanıla biləcəyi az sayda fərdi kameralar var idi. Hazırda isə əksər tutulmuş şəxslər məhbusların saxlanılması üçün nəzərdə tutulmuş böyük polis məntəqələrinə aparılırlar.
Kino yeri
Kinoteatr kinofilmlərin göstərildiyi ictimai binadır. Kinoteatrın əsas binasında tamaşaçı zalı yerləşir. Bu zalda yerləşmiş böyük ekranlarda (30 m-ə qədər) bütün film növlərinə baxmaq mümkündür. Kinoteatr "kino" və "teatr" sözlərinin birləşməsindən yaranmışdır. Kino yunanca "Kinomotoqraf" sözünün qısaldılmış formasıdır, mənası "Hərkəti çəkmək" deməkdir. Müasir kinoteatrlarda bir neçə tamaşa zalı olur. Onlar kondensionerlərlə və xüsusi səs effekti yaradan texnika ilə təchiz olunurlar. Yüksək keyfiyyətli kinoteatr üçün dibarların və tavanın akusitik tərtibatlarla təchiz olunması səciyyəvidir. Keçmiş SSRİ-də olan kinotaetrlarda 2500–4000- yaxın tamaşaçı yeri nəzərdə tutulurdu. Müasir kiotetralrda isə tutumu 200–300 olan kiçik zallar olur.
Tamaşa yeri
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Yurd yeri
Yurd yeri — 1994-cü il Azərbaycan istehsalı dram janrında film. Film-tamaşada hadisələr torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğala məruz qaldığı vaxtlarda cərəyan edir. Mahal (Kamal Xudaverdiyev) və ailəsinin yaşadığı kəndə də artıq ermənilərin yaxınlaşma təhlükəsi vardır. Bunu eşidən Mahalın oğlanları kəndə gəlirlər ki, ata, ana və bacılarını vertolyotla Bakıya aparsınlar.
Beli üstə uzanan xərçəng (rəsm əsəri)
Beli üstə uzanan xərçəng — Vinsent Van Qoq tərəfindən yağlı boya ilə çəkilmiş rəsm əsəri. Yaşıl rəngli arxafonda çəkilmiş bu sənət əsəri beli üstə tərsinə uzanmış xərçəngi təsvir edir. Van Qoq Muzeyinə görə əsər 1887-ci ilin avqust-sentyabr aylarında, digər mənbələrə görə isə 1889-cu ilin əvvəllərində çəkilmişdir. Hündürlüyü 38 sm, genişliyi 46.5 sm olan rəsm əsəri kətan üzərində çəkilmişdir. Rəsm əsəri Amsterdamdakı Van Qoq Muzeyində saxlanılır. Ehtimal ki, Vinsent Van Qoq bu rəsm əsərini çəkərkən qardaşı Teo van Qoqun 1888-ci ilin sentyabrında ona göndərdiyi Le Japon Artistique jurnalında gördüyü Hokusayın xərçəng əsərindən ilhamlanmışdı.
Aza yaşayış yeri
Аzа yаşаyış yеri — Аzа kəndinin şimаlındа, Gilаnçаyın sоl sаhilində, hündür təpənin üzərində yеrləşir. Yаşаyış yеri hər tərəfdən dаşdаn hörülmüş divаrlаrlа əhаtə оlunmuşdur. Lаkin divаrlаrın əksər hissəsi uçub dаğılmışdır. Divаr qаlıqlаrı yаlnız аbidənin cənub hissəsində, Gilаnçаyın sаhilində sаlаmаt qаlmışdır. Qаlаnın içərisindəki binаlаr tаmаmilə dаğılmışdır. Tikinti qаlıqlаrınа əsаsən, оnlаrın dаşdаn və möhrədən tikildiyini dеmək оlаr. Аbidənin ərаzisindən аşkаr оlunаn yеrüstü mаtеriаllаr Оrtа əsrlərin Еrkən və inkişаf еtmiş dövrünə аiddir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, yаşаyış yеrini III-XIX əsrlərə аid еtmək оlаr. Yаşаyış yеri tərk еdildikdən sоnrа оnun bir qismindən qəbiristаnlıq kimi istifаdə оlunmuşdur.
Ağabəytəpə yaşayış yeri
Ağabəytəpə yaşayış yeri — Ağdam rayonunun I Yüzbaşılı kəndinin qərbində yerləşən yaşayış yeri. Bu diametri 50 m olan cənub-şərq və şimal-şərq tərəfləri yol çəkilərkən və həyətyanı sahələr genişləndirilərkən dağıdılmış təpədir. Sovet dönəmində təpənin səthi təxminən 1 m-ə qədər hamarlanaraq pambıq çardağı tikilmişdir. Hazırda təpənin hündürlüyü 3 mdir. Onun dağılmış cənub-şərq tərəfində 60 sm hündürlüyündə çiy kərpicdən tikilmiş divar qalıqları aydın görünür. Abidədən toplanmış saxsı kolleksiyası neolit dövrünə aid edilir.
Ağbucaq yaşayış yeri
Ağbucaq, Şərur rayonunun Axura kəndindən qərbdə yerləşən arxeoloji abidə. Ахurа kəndinin qərbində yеrləşir. Yаşаyış yеri çох dа hündür оlmаyаn təpənin üzərini və оnun ətrаfını əhаtə еdir. Yаşаyış yеrinin bir qismi hаzırdа əkin sаhəsinə çеvrilmişdir. Bu ərаzidə Sоn Аntik dövrə аid çəhrаyı rəngli kеrаmikа pаrçаlаrınа rаstlаnır. Hаzırdа yаşаyış yеrində tikinti qаlıqlаrınа rаstlаnmır, lаkin аbidənin bəzi yеrlərində оlаn dördkünc fоrmаlı çаlаlаr vахtilə burаdа yаşаyış binаlаrının оlduğunu təsdiq еdir. Kеrаmikа məmulаtınа əsаsən yаşаyış yеrini е.ə. 4- b.е.3 əsrinə аid еtmək оlаr.
Ağsal yaşayış yeri
Ağsal yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə Ağsal yaşayış yeri Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında yerləşir. Abidə yalnız kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Buradan Orta Tunc dövrünə aid gil qab parçaları, dən daşları aşkar olunmuşdur. Tapıntılar arasında boyalı qab parçaları da vardır. Ağsal yaşayış yeri 1991-ci ildə qeydə alınmışdır. sahəsi 3600 m².-dir. Arxeoloji qazıntılar sübut edir ki, tikili müdafiə xarakteri daşıyırdı. Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh. Vəli Baxşəli oğlu Baxşəliyev. Azərbaycan arxeologiyası (Ali məktəb tələbələri üçün vəsait).
Babadərviş yaşayış yeri
Babadərviş yaşayış yeri — — Azərbaycan Respublikasının Qazax rayonunun Qazax şəhərinin cənub-qərbində, Mingəçevirdən qərbdə, Ağstafaçayın sol sahilində yerləşən qədim yaşayış yeri. Qədim yaşayış yeri Ağstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrdən birinin üstündə salınmışdır. Yaşayış yerində 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50–60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır.
Babəki yaşayış yeri
Babəki yaşayış yeri — Şərur rayonunda, eyni adlı kəndin yaxınlığın da оrta əsrlərə aid yaşayış yeri. Аbidə Şərur rаyоnunun Bаbəki kəndi yахınlığındа yеrləşir. Ərаzisi 3 hеktаrdır. Hazırda əkin sahələrinin altında qalmışdır. Tоrpaq işləri aparılarkən skelet qalıqları, gil qab qırıqları aşkar edilmişdir. Mədəni təbəqənin qalınlığı bəzi yerlərdə 2 m-dən artıqdır. Təbəqə tоrpaq qarışıq kül laylarından ibarət оlub, çəhrayı və sarı rəngli saxsı məmulatı (küpə, kasa, çanaq, qazan, səhəng və s.), tikinti qalıqları ilə və оsteоlоji materiallarla zəngindir. Yаşаyış yеri hаzırdа əkin sаhələrinin аltındа qаlmışdır. Yаşаyış yеrinin mərkəzi hissəsi uzunsоv-оvаl fоrmаlı təpə şəklində оlmuşdur. Təpənin аşınmаsı nəticəsində skеlеt qаlıqlаrı və gil qаb sınıqlаrı аşkаr еdilmişdir.
Baharlı yaşayış yeri
Baharlı — abidə Ağdam rayonu Mirəşelli kəndinin Bənövşələr köçgün qəsəbəsindən 500 m cənub-qərbdə yerləşir. Bu diametri 78 m, hündürlüyü 1,5 m olan təpə Qarabağ müharibəsi zamanında səngər qazılması nəticəsində dağıdılmışdır. Toplanılmış saxsı kolleksiyası neolit və son tunc – erkən dəmir dövrlərinə aiddir.
Balaşum yaşayış yeri
Balaşum — Oğuz rayonunun Xaçmaz kəndinin yaxınlığında qədim yaşayış yeri. Yaşayış yeri Oğuz rayonunun Xaçmaz kəndindən 5 km şimal-şərqdə, dağın ətəyində, meşənin içərisində, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Adı şumerlərlə bağlıdır və "bir az balaca, kiçik, odlu, yer, yurd və ya kənd" mənasındadır. Mirzə Fətəli Axundovun "Hekayəti Molla İbrahim-Xəlil kimyagər" əsərindəki hadisələr burada baş verir. Axundovun həmin pyesində əsas süjet xəttini təşkil edən gümüş və misin qızıla çevrildiyi yer məhz buradır.
Başköy (Qaqauz Yeri)
Başköy (qaq. Başküü) Moldovanın Qaqauziya muxtariyətində bir kənddir.
Böyükdaş yaşayış yeri
Böyükdaş yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Böyükdaş yaşayış yeri eyni adlı dağın üst hissəsində aşkar edilmişdir. Yaşayış yerinin çox hissəsi Duvannı daş karxanası tərəfindən dağıdılmışdır. Qobustan arxeoloji ekspedisiyası bu yaşayış yerində 318 m² sahədə qazıntı işləri aparmışdır. Burada bir sıra daşdan hörülmüş dördkünc planlı, çoxotaqlı binanın qalıqları aşkar edilmişdir. Dağılmış tikinti qalıqları arasında, üzərində çubuq izləri olan gil suvaq parçalarına rast gəlinmişdir. Qazıntılar zamanı 3 №-li otaqdan oval formalı ocaq, onun yaxınlığında isə suvaq qalıqları aşkara çıxarılmışdır. Onun ətrafı, uzun müddət yanan ocağın təsirindən qızarmışdı. Ocaqdan şimalda, içərisinə dağdağan toxumu yığılmış dairəvi qurğulara rast gəlinmişdir. 1 və 2 №-li otaqların mərkəzi hissəsində, içərisi küllə dolmuş, dairəvi formalı ocaqlar aşkar olunmuşdur.
Böyükdüz yaşayış yeri
I Böyükdüz yaşayış yeri —
Bülövqaya yaşayış yeri
Bülövqaya — Babək rayonunun Göynük kəndindən qərbdə Sarısu çayının sol sahilində yerləşən qədim yaşayış yeri. Yaşayış yerindən aşkar edilmiş keramika qrubunun hazırlanma texnologiyası, bişirilməsi, naxışlanması kimi bir çox xüsusiyyətlər Dalmatəpə tipli keramika ilə yaxın bənzərlik göstərir. Buradan aşkar edilmiş boyalı keramika Şimal-Qərbi İranda Kültəpə yaşayış yeri (Culfa), Seh-Qabi və digər Dalma tipli keramika ilə xarakterizə edilən yayşayış yerləri ilə bənzərlik göstərir. Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlar Cənubi Qafqazda Dalmatəpə mədəniyyətinin yayılma arealını öyrənmə baxımından əhəmiyyətlidir.
Dairə yaşayış yeri
Dairə yaşayış yeri — Azərbaycan ərazisində arxeoloji abidə. Dairə yaşayış yeri Böyükdaş dağının aşağı şimalında yerləşir. Ətrafı iri həcmli yonulmamış daşlardan hörülmüş divarla əhatə edilmişdir. Sahəsi 200 m² olan yaşayış yerinin 1/3 hissəsi qazıntılarla öyrənilmişdir. Divar boyunca aparılan qazıntılar abidənin tam planını ortaya çıxarmağa imkan vermişdir. Yaşayış yerini əhatə edən müdafiə divarı içəridə dikinə, o biri tərəfdən isə yastısına qoyulmuş daşlarla tikilmişdir. Мüəyyənləşdirilmişdir ki, mədəni təbəqə yalnız divar boyu yığılmışdır. Təbəqənin qalınlığı 30- 40 sm- dir. Yaşayış yerinin şərq hissəsində yaşayış binalarına aid tikinti qalıqları aşkar olunmuşdur. Lakin onlar yaxşı qalmadığından, ümumi planlarını müəyyən etmək mümkün olmamışdır.
Dalmatəpə yaşayış yeri
Dalmatəpə mədəniyyəti İranın şimal-qərbində Zaqros dağlarının mərkəzi və şimal vadilərində geniş yayılmış mədəniyyətə verilən addır..Dalma keramikası ilkin olaraq Urmiya gölünün cənub-qərb hissəsində, Sulduz vadisində Dalma Təpə və Həsənlu Təpədə aparılan qazıntılar zamanı aşkar edilmişdir. 1961-ci ildə Pensilvaniya Universitetinin Həsənlu Layihəsi çərçivəsində Dalma Təpədə aparılan sonrakı qazıntılar zamanı çox sayıda Dalma keramikası aşkar edilmişdir. Qazıntı materiallarına memarlıq, qəbir və keramika qalıqları, gil, sümüklər, artefaktlar, üyütmə daşları və yonma daşlar daxildir. Aşkar edilmiş materiallar Dalma mədəniyyətinin eramızdan əvvəl beşinci minilliyə aid olduğunu göstərir. Əldə edilmiş keramika bu mədəniyyətin görünən tərəfidir və digər aspektləri haqqında məlumat azdır. Qazıntı materialları Dalma tayfaları və onların həyat tərzləri haqqında kifayət qədər məlumat vermir. Dalma keramikası analoji texniki və üslub xüsusiyyətləri ilə regionda geniş əraziyə yayılmışdır. Qazıntılar göstərir ki, bu mədəniyyət mərkəzi Zaqros dağları, Şimali Luristan, İran Azərbaycanında Urmiya hövzəsi və İraqda Kərkük kimi Mesopotamiyanın bəzi hissələrinə yayılmışdır. İran yaylasının şimal-qərb hissələrində Dalma mədəniyyətinin izləri aşkar edilmişdir. Dalma keramikasının bu bölgədə geniş yayılması bu mədəniyyətin yayılmasında köçəri tayfaların iştirak etdiyini sübut edir.
Daşlıyurd yaşayış yeri
Daşlı yurd — Ordubad rayonunun Ağdərə qəsəbəsindən şimalda, Sulu düzün üstündə yerləşir. Yurd yerinin ərazisi oval təpə şəklindədir. Araşdırmalar zamanı yurd yerində ətrafı dördkünc və dairəvi daşlarla əhatə edilmiş binaların qalıqları aşkar olunmuşdur. Yurd yerinin şimal tərəfində daşdan inşa olunmuş kələklərin qalıqları da var. Bəzi tikintilər uçub tökülmüş və daş yığınına çevrilmişdir. Yurd yerinin ərazisi qalın peyin qatı ilə örtülmüşdür. Yaşayış yerini ХI-ХVIII əsrlərə aid etmək olar.
Dəmirli yaşayış yeri
Dəmirli — Naxçıvan Muxtar Respublikası Culfa rayonu ərazisində Erkən Orta əsrlərə aid yaşayış yeri. Culfa rayonunun Ləkətağ kəndinin şimalında yaşayış yeri. Dəmirliçayla Bərxudarçayın qovuşuğunda yerləşir. Yaşayış yerinin böyük hissəsi Dəmirliçayın sağ sahilini əhatə edir. Abidənin ərazisində dördkünc və dairəvi formalı binaların qalıqları izlənməkdədir. Yerüstü materiallar olduqca azdır. Bəzi hissələrdə iri daşlardan hörülmüş, xalq arasında "kələk" adlandırılan tikintilərin qalıqları mövcuddur. Tədqiqatlara əsasən demək olar ki, yaşayış yeri yarımköçəri maldar tayfaların yurd yeri olmuşdur. Aşkar olunmuş arxeoloji materiallar Son Antik və Erkən Orta əsrlərə aiddir. Yaşayış yerini I-VII əsrlərə aid etmək olar.
Dəmirçilər yaşayış yeri
Dəmirçilər yаşаyış yеri — Оrdubаd rаyоnunun Tivi kəndindən şərqdə, təpənin üzərində yеrləşir. Yаşаyış yеrinin ərаzisində bünövrəsi dаşdаn inşа оlunmuş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı qаlmışdır. Yаşаyış yеri hər tərəfdən dərin dərə ilə əhаtə оlunmuşdur. Sаhəsi 4 hеktаrdır. Ахtаrışlаr nəticəsində tikinti qаlıqlаrı, kеrаmikа məmulаtı, əmək аlətlərinin pаrçаlаrı, оbsidiаn qəlpələri, dəmir əşyаlаrın qаlıqlаrı аşkаr оlunmuşdur. Mədəni təbəqə kül qаrışıq tоrpаq lаylаrındаn ibаrət оlub, çəhrаyı rəngli gil qаb pаrçаlаrı, çiy kərpic qаlıqlаrı ilə zəngindir. Tikinti qаlıqlаrınа əsаsən dеmək оlаr ki, binаlаr dаşdаn və çiy kərpicdən inşа оlunmuş, bərkidici məhlul kimi əhəngdən və pаlçıqdаn istifаdə оlunmuşdur. Kеrаmikа məmulаtı bаşlıcа оlаrаq çəhrаyı rəngdə bişirilmiş gil qаb pаrçаlаrındаn ibаrətdir. Аrхеоlоji mаtеriаllаrа əsаsən, аbidəni III-X əsrlərə аid еtmək оlаr.